29 noyabr 2026. Bazar günü

“Betis” “Portu” üzərində əzmkar qələbə qazanıb


“Betis” “Portu” üzərində əzmkar qələbə qazanıb

İspaniyanın “Betis” klubu Portuqaliyanın “Portu” komandasını 3:2 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə hesabda geri düşən İspaniya təmsilçisi əzmkar oyun nümayiş etdirərək qələbə qazanıb.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Fasilədən dərhal sonra, 47-ci dəqiqədə Əbdə Əzzalzuli “Betis”i önə keçirib. Lakin “Portu” qısa müddətdə hesabı dəyişməyi bacarıb.

55-ci dəqiqədə Qabriel Veyqa tarazlığı bərpa edib. Cəmi altı dəqiqə sonra Samuel Aqeova fərqlənərək Portuqaliya klubunu hesabda önə çıxarıb — 2:1.

Bununla belə, “Betis” mübarizəni dayandırmayıb. 74-cü dəqiqədə Kuço Ernandes hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində isə İsko penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb — 3:2.

Beləliklə, “Betis” hesabda geri düşməsinə baxmayaraq, “Portu” üzərində əzmkar qələbəyə imza atıb.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi