- Çempionlar liqası
- 01:26 15.10.2026
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ikinci oyun günü yüksək məhsuldarlıqla yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, çərşənbə günü keçirilən 9 qarşılaşmada ümumilikdə 46 qol vurulub. Bu isə hər matça orta hesabla 5,11 qol deməkdir.
Günün oyunlarında qeydə alınan nəticələri təqdim edirik:
Günün diqqətçəkən nəticələri arasında PSJ-nin səfərdə “Mançester Siti”ni, “Real Madrid”in isə “Roma”nı məğlub etməsi yer alıb.
“Liverpul”un Avstriyada LASK üzərində 6:3 hesablı qələbəsi də turun ən məhsuldar qarşılaşmalarından biri olub. “Aston Villa” isə “Fənərbağça”nı 6 cavabsız qolla məğlub edərək günün ən böyükhesablı qələbələrindən birini qazanıb.