16 oktyabr 2026. Cümə

Lisandro Martines “Mançester Yunayted”dən və məşqçilər korpusundan üzr istədi


Lisandro Martines “Mançester Yunayted”dən və məşqçilər korpusundan üzr istədi

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines Çempionlar Liqasında Madrid “Atletiko”suna 0:2 hesablı məğlubiyyətdən sonra komanda və məşqçilər korpusu ilə bağlı emosional açıqlamalarına görə üzr istəyib.

90deqiqe.Az-ın məlumatına görə, Argentina millisinin üzvü sosial şəbəkə hesabında yaydığı açıqlamada klub rəhbərliyi və baş məşqçi ilə görüşdüyünü bildirib. O, söhbətin müsbət keçdiyini və tərəflərin baş verənləri açıq şəkildə müzakirə etdiklərini qeyd edib.

“Hamı bilir ki, mən emosional insanam və futbola böyük ehtirasla bağlıyam. Məğlubiyyətdən sonra yaşadığım məyusluq məni emosiyaların təsiri altında danışmağa vadar etdi. Üstəlik, bunu uyğun olmayan vaxtda və yerdə etdim. Buna görə səmimi qəlbdən üzr istəyirəm.

Klubumuz ən yaxşı nəticələrə yalnız hamımız birlikdə hərəkət etdikdə nail ola bilər. Həmin vaxt dediklərimin komanda birliyinə töhfə vermədiyini anlayıram. Bilirəm ki, “Mançester Yunayted”də hər kəs klubun və azarkeşlərimizin uğuru üçün əlindən gələni edir.

Artıq bu məsələ geridə qalıb. Biz birlikdə qələbələr qazanmağa köklənmişik”, – deyə Martines bildirib.







Çempionlar liqası

“Ştutqart” “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 01:11 15.10.2026
“Ştutqart” “Slovan”ı darmadağın etdi
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:07 15.10.2026
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
PSJ “Mançester Siti”ni məğlub etdi
  • Çempionlar liqası
  • 01:04 15.10.2026
PSJ “Mançester Siti”ni məğlub etdi