- Çempionlar liqası
- 01:15 16.10.2026
Fransalı hücumçu Kilian Mbappe Çempionlar Liqasında İtaliyanın “Roma” klubuna qarşı matçda qol vuraraq yubiley göstəricisinə imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, o, hazırda klub səviyyəsində “Monako”, PSJ və Madrid “Real”ının heyətində ümumilikdə 500 qolda iştirak edib. Mbappe bu qolların 378-ni özü vurub, 122-də isə komanda yoldaşlarına məhsuldar ötürmə verib.
Qeyd edək ki, Mbappe 2017-ci ildə “Monako”dan PSJ-yə keçib. O, 2024-cü ildə Paris klubunu tərk edərək Madrid “Real”ına qoşulub. Lakin onun gəlişi klubda böhran dövrünə təsadüf edib. Son illərdə “Real” bütün cəbhələrdə Kataloniya təmsilçisi “Barselona”dan geri qalır.