- Çempionlar liqası
- 23:23 16.10.2026
“Bavariya”nın idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Maykl Olisenin Çempionlar Liqasında “Vikinq”lə oyunda qırmızı vərəqə almasına görə cərimələnib-cərimələnmədiyi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “Bayern & Germany” nəşri Eberlin sözlərini belə çatdırıb.
“Bu məsələni müzakirə etdik və klub daxilində həll etdik. Artıq hər şey geridə qalıb”
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Bavariya” ilə “Vikinq” arasında keçirilən və 3:3 hesabı ilə başa çatan matçda Olise əvvəlcə qayda pozuntusuna görə sarı vərəqə alıb. Daha sonra topu rəqibə atdığı üçün ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bu səbəbdən fransalı futbolçu oktyabrın 21-də London “Arsenal”ına qarşı keçiriləcək Çempionlar Liqası matçını buraxacaq.