18 oktyabr 2026. Bazar günü

“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri açıqlanıb


“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşmasına hakim təyinatları açıqlanıb.

90deqiqe.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Almaniya təmsilçisi ilə oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona yan xətt hakimləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.

VAR hakimi Sesar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” görüşü saat 20:45-də başlayacaq.







Çempionlar liqası

Mendeş “Barselona” ilə oyunu buraxa bilər
  • Çempionlar liqası
  • 21:00 18.10.2026
Mendeş “Barselona” ilə oyunu buraxa bilər
Mbappe klub səviyyəsində yubileyə imza atdı
  • Çempionlar liqası
  • 01:15 16.10.2026
Mbappe klub səviyyəsində yubileyə imza atdı