- Çempionlar liqası
- 21:00 18.10.2026
Çempionlar Liqasının əsas qarşılaşmalarından biri çərşənbə axşamı keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, PSJ doğma meydanda “Barselona”nı qəbul edəcək. Lakin Paris təmsilçisinin sol cinah müdafiəçisi Nunu Mendeşin zədə səbəbindən matçda iştirak etməyəcəyi gözlənilir. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçu Fransa Liqa 1-in son turunda “Strasburq”la görüşdə zədələnib və “Barselona” ilə qarşılaşmanı buraxa bilər.
Qeyd edək ki, PSJ şənbə günü səfərdə “Strasburq”a 3:1 hesabı ilə qalib gəlib. Parislilərin heyətində İlya Zabarnı, Usman Dembele və Desire Due fərqləniblər.
PSJ ilə “Barselona” arasında oyun oktyabrın 20-də keçiriləcək. Nunu Mendeşin meydana çıxmayacağı təqdirdə, sol cinah müdafiəsində Luka Din yer ala bilər.