- Çempionlar liqası
- 23:00 19.10.2026
Almaniyanın “Borussiya Dortmund” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda “Sabah”la keçirəcəyi oyun üçün heyətini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Niko Kovaç qarşılaşma üçün 24 futbolçuya dəvət göndərib.
Heyətdə Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cobe Bellinqem, Feliks Nmeça, Seru Girassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Joane Qadu, Daniel Svensson, Joey Veerman, Julian Rirson, Patrik Drewes, Aleksandr Meyer, Kaua Prates, Filippo Mane, Samuele İnaçio, Mathis Albert, Enzo Dos Santos və Luka Recciani yer alıblar.
Konstantinos Karetsas isə zədə səbəbindən Bakıya gəlməyəcək. Futbolçu Bundesliqanın “Union Berlin”lə qolsuz heç-heçə ilə başa çatan oyununda meydana çıxdıqdan bir neçə dəqiqə sonra zədələnib.
“Borussiya Dortmund”un icraçı direktoru Lars Rikken futbolçunun vəziyyəti ilə bağlı açıqlamasında onun ayaq bağlarında zədə olduğunu bildirib. Klub rəsmisi Karetsasın Bakıya gəlməyəcəyini və şənbə günü “Ayntraxt”a qarşı oyunda da iştirak edə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması saat 20:45-də başlayacaq.