- Çempionlar liqası
- 23:00 19.10.2026
UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” komandası matçdan əvvəl son məşqini keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması saat 20:45-də başlayacaq. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.