19 oktyabr 2026. Bazar ertəsi

“Sabah”la oyunda qalib gəlmək üçün daha sürətli oynamalıyıq"


“Sabah”la oyunda qalib gəlmək üçün daha sürətli oynamalıyıq"

UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubunun baş məşqçisi Niko Kovaç komandasının hazırlığı və qarşıdakı oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Kovaç son iki qarşılaşmada komandasının qol vura bilməməsini hücumların son mərhələsindəki problemlərlə əlaqələndirib. O bildirib ki, “Sabah”a qalib gəlmək üçün futbolçular daha sürətli və dəqiq oynamalı, hücumları daha yaxşı tamamlamalı və qapıya daha çox zərbə endirməlidirlər.

“Qalib gəlmək istəyiriksə, qol vurmalıyıq. Hücumdakı kombinasiyalarımızı düzgün tətbiq etməliyik. Daha sürətli oynamalı, dəqiqliyi artırmalı və daha çox zərbə endirməliyik”, – deyə baş məşqçi vurğulayıb.

 Kovaç “Sabah”la oyunda hansı futbolçuların meydana çıxacağının hələ dəqiqləşmədiyini bildirib. Onun sözlərinə görə, komanda üzvlərinin fiziki vəziyyəti və səfər yorğunluğu nəzərə alınacaq.

“Bu gün futbolçuların özlərini necə hiss etdiklərini qiymətləndirəcəyik. Beş saatlıq uçuşumuz olub və əvvəlki oyundan sonra cəmi iki gün keçib. Buna görə meydana daha gümrah futbolçuları buraxmaq da vacibdir”, – deyə mütəxəssis qeyd edib.

“Union Berlin”lə qarşılaşmada ayaq bağlarından zədə alan Konstantinos Karetsas Bakıya gəlməyəcək. O, şənbə günü “Ayntraxt Frankfurt”la oyunu da buraxacaq. Uzun müddətdir zədəli olan Emre Can və Giannis Konstantelias da komandanın sərəncamında deyillər.

Qeyd edək ki, Almaniya təmsilçisi son yeddi gündə üçüncü səfər matçına çıxacaq. Dortmund klubu Çempionlar Liqasının II turunda Norveçdə “Bodo-Qlimt”ə 0:1 hesabı ilə uduzub. Komanda Bundesliqada “Union Berlin”lə səfər oyunundan isə qolsuz heç-heçə ilə ayrılıb.

Dortmund təmsilçisi turnirin ilk turunda İspaniyanın “Vilyarreal” komandasını 3:2 hesabı ilə məğlub edib. Bir qələbə və bir məğlubiyyətdən sonra 3 xalı olan komanda liqa mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Çempionlar liqası

“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”
“Futbolçuların hər birinə tam güvənirəm”
  • Çempionlar liqası
  • 22:26 19.10.2026
“Futbolçuların hər birinə tam güvənirəm”
“Bakıya gəldiyim üçün çox şadam”
  • Çempionlar liqası
  • 20:06 19.10.2026
“Bakıya gəldiyim üçün çox şadam”