19 oktyabr 2026. Bazar ertəsi

“Bakıya gəldiyim üçün çox şadam”


“Bakıya gəldiyim üçün çox şadam”

Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, isveçli futbolçu bunu Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Bakıya gəldiyim üçün çox şadam. Komandamız qarşıdakı oyuna hazırlaşır və sabahkı matçı səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Svensson baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb:

“Komandamızın ümumi oyununa, eləcə də rəqib futbolçuların fərdi xüsusiyyətlərinə diqqət yetirəcəyik. Sabah meydana çıxmaq şansı qazansam, əlimdən gələni edəcəyəm. Hər oyuna hazırlaşdığım kimi, bu matça da tam hazır olacağam”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması saat 20:45-də başlayacaq. Oyunun baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.

 







Çempionlar liqası

“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”
“Futbolçuların hər birinə tam güvənirəm”
  • Çempionlar liqası
  • 22:26 19.10.2026
“Futbolçuların hər birinə tam güvənirəm”
“Bakıya gəldiyim üçün çox şadam”
  • Çempionlar liqası
  • 20:06 19.10.2026
“Bakıya gəldiyim üçün çox şadam”