19 oktyabr 2026. Bazar ertəsi

“Futbolçuların hər birinə tam güvənirəm”


“Futbolçuların hər birinə tam güvənirəm”

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri komandanın uğursuz nəticələrinə baxmayaraq, futbolçulara dəstək olmağa çağırıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Çempionlar Liqasının “Budyo Qlimt”lə matçından əvvəl keçirilən mətbuat konfransında bəzi futbolçuların sərt tənqid olunmasından təəssüfləndiyini bildirib.

“Bəzi futbolçuların bu qədər sərt tənqid olunmasına təəssüflənirəm. Onlar “Napoli”nin oyunçularıdır. Klub onları seçibsə, deməli, bu komandada oynamaq potensialına malikdirlər. Çətin anlarda futbolçuları müdafiə etmək və onlara dəstək olmaq lazımdır. Onların hər birinə qeyd-şərtsiz güvənirəm”, – deyə Alleqri vurğulayıb.

Baş məşqçi çətinliklər zamanı futbolçulardan imtina etməyin düzgün olmadığını da qeyd edib.

“Çətinliklərlə üzləşəndə futbolçulardan üz döndərmək olmaz. Onlar başlarını dik tutmalı və “Napoli”də oynamağa layiq olduqlarını sübut etməlidirlər”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Neapol təmsilçisi həm İtaliya çempionatında, həm də UEFA Çempionlar Liqasında gözlənilən nəticələri əldə edə bilmir.

“Napoli” Çempionlar Liqasının növbəti oyununu oktyabrın 20-də keçirəcək.







Çempionlar liqası

“Əsl mübarizə apreldə başlayacaq”
  • Çempionlar liqası
  • 23:44 19.10.2026
“Əsl mübarizə apreldə başlayacaq”
“Topa sahib olmaq lazımdır”
  • Çempionlar liqası
  • 23:04 19.10.2026
“Topa sahib olmaq lazımdır”
“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”