- Çempionlar liqası
- 23:44 19.10.2026
“Barselona”nın prezidenti Joan Laporta komandanın qarşısına qoyduğu hədəflərdən danışıb.
90deqiqe.Az-ın “The Touchline” nəşrinə istinadən məlumatına görə, klub rəhbəri Kataloniya təmsilçisinin həm İspaniya futbolunda, həm də Avropa arenasında dominantlıq etmək niyyətində olduğunu bildirib.
“Barselona” çox çalışdığı, məsuliyyətli və intizamlı olduğu üçün dominantlıq edir. Məhz buna görə də son dörd ildə üç dəfə La Liqanın qalibi olmuşuq. Məqsədimiz İspaniya futbolunda üstünlüyümüzü davam etdirməkdir.
Biz Avropa futbolunda da dominantlıq etmək istəyirik. Bu il qarşıya Çempionlar Liqasını qazanmaq hədəfi qoymuşuq. Bu, son illərdə əlimizdən qaçan bir kubokdur”, – deyə Laporta bildirib.
Qeyd edək ki, “Barselona” son iki mövsümdə Çempionlar Liqasında müvafiq olaraq yarımfinal və 1/4 final mərhələlərində mübarizəni dayandırıb.