19 oktyabr 2026. Bazar ertəsi

“Çox sürətli komandadır”


“Çox sürətli komandadır”

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Norveçin “Budyo-Qlimt” klubu ilə keçiriləcək oyun öncəsi rəqibin gücünü dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, sabah baş tutacaq qarşılaşma barədə danışan italiyalı mütəxəssis norveçlilərin sürətli hücumlarına və əks-hücum potensialına diqqət çəkib.

“Bizi çətin oyun gözləyir. “Budyo-Qlimt” ötən mövsüm Çempionlar Liqasında yaxşı çıxış edib. Bu, güclü və çox sürətli komandadır, təhlükəli əks-hücumlar təşkil etməyi bacarır. Münhendə 0:5 hesabı ilə uduzmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirmişdi. Topu ələ keçirəndə rəqib təhlükəli olur. Buna görə də çox yaxşı oyun keçirməliyik”, – deyə Alleqrinin sözlərini “Football Italia” nəşri sitat gətirib.

Qeyd edək ki, “Budyo-Qlimt” əvvəlki matçında Dortmund “Borussiya”sını 1:0 hesabı ilə məğlub edib. “Napoli” isə qarşıdakı görüşə “Arsenal” və “Vilyarreal”a qarşı avrokubok oyunlarında aldığı iki məğlubiyyətdən sonra çıxacaq.







Çempionlar liqası

“Əsl mübarizə apreldə başlayacaq”
  • Çempionlar liqası
  • 23:44 19.10.2026
“Əsl mübarizə apreldə başlayacaq”
“Topa sahib olmaq lazımdır”
  • Çempionlar liqası
  • 23:04 19.10.2026
“Topa sahib olmaq lazımdır”
“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”