19 oktyabr 2026. Bazar ertəsi

"Dibala daha bir neçə həftə meydana çıxmayacaq"


"Dibala daha bir neçə həftə meydana çıxmayacaq"

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini komandanın hücumçusu Paulo Dibalanın zədə səbəbindən daha bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slovan”la oyun öncəsi keçirilən mətbuat konfransında argentinalı futbolçunun son tibbi müayinəsinin nəticələri barədə danışıb.

“Dibalanın daha tez sağalacağına ümid edirdim. Dünən keçdiyi müayinə zamanı kiçik zədə aşkarlanıb. Onun bərpası üçün daha bir neçə həftə vaxt lazım olacaq”, – deyə Qasperini bildirib.

Baş məşqçi, həmçinin hücumçular Santyaqo Kastro və Doniell Malenin eyni vaxtda start heyətində meydana çıxması ehtimalını dəyərləndirib.

“Kastro və Malen oyun xüsusiyyətlərini nəzərə alsaq, birlikdə oynaya bilərlər. Ancaq onlardan hansının start heyətində yer alacağına, yoxsa matçın gedişində meydana çıxacağına hələ qərar verməmişəm. Sadəcə onları birlikdə sınamaq üçün hücumda yaxşı işləyən komanda oyununu dəyişmək istəmirəm. Hazırda başqa həll yolları axtarmağa ehtiyac görmürəm, amma belə bir variant mümkündür”, – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, “Roma” – “Slovan” qarşılaşması oktyabrın 20-də keçiriləcək.







Çempionlar liqası

“Əsl mübarizə apreldə başlayacaq”
  • Çempionlar liqası
  • 23:44 19.10.2026
“Əsl mübarizə apreldə başlayacaq”
“Topa sahib olmaq lazımdır”
  • Çempionlar liqası
  • 23:04 19.10.2026
“Topa sahib olmaq lazımdır”
“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”