- Çempionlar liqası
- 23:44 19.10.2026
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Ştutqart”la keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 20-də baş tutacaq oyun öncəsi mətbuat konfransında danışan argentinalı mütəxəssis rəqibin fiziki gücünü və müdafiə taktikasını xüsusi vurğulayıb.
“Bizi fiziki cəhətdən güclü komanda ilə çətin oyun gözləyir. Rəqib meydanın rəqibə aid hissəsində pressinq etməyi bacarır və əksər hallarda fərdi mübarizəyə üstünlük verir. Zərurət yarandıqda isə dərin müdafiəyə çəkilir”, – deyə Simeone bildirib.
Mütəxəssis əvvəlki nəticələrə deyil, qarşıdakı görüşdə komandasının göstərəcəyi oyuna diqqət yetirdiyini qeyd edib.
“Keçmişdə baş verənləri unuduram, çünki bunun əhəmiyyəti yoxdur. Bizi sabah göstərəcəyimiz oyuna görə qiymətləndirəcəklər. Qarşımızda Çempionlar Liqasında mübarizəyə əla başlayan komanda var”, – deyə argentinalı çalışdırıcı əlavə edib.
Qeyd edək ki, “Ştutqart” iki turdan sonra 6 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Atletiko” isə 3 xalla 15-ci yerdədir.