- Çempionlar liqası
- 23:44 19.10.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik PSJ-nin çalışdırıcısı Luis Enrike barədə müsbət fikirlər səsləndirib.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Paris təmsilçisi ilə oyun öncəsi keçirilən mətbuat konfransında rəqib komandanın oyun üslubunu yüksək qiymətləndirib.
“Luis Enrike? Onun komandası möhtəşəm futbol nümayiş etdirir, özü isə dünyanın ən yaxşı məşqçilərindən biridir. Futbolçularının oyuna yanaşması, pressinq etməsi, mövqelərini dəyişməsi və taktiki sistemlərinin çevikliyi mənim xoşuma gəlir. Onlar bu səviyyədə inanılmaz çıxış edirlər. Həqiqətən, möhtəşəm iş görülüb”, – deyə Flik bildirib.
Qeyd edək ki, PSJ ilə “Barselona” arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur matçı oktyabrın 20-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.