11 noyabr 2026. Çərşənbə

“Topa sahib olmaq lazımdır”


“Topa sahib olmaq lazımdır”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona” ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Paris təmsilçisinin təşəbbüsü ələ almağa çalışacağını bildirib.Mətbuat konfransında danışan Enrike topa nəzarətin vacibliyini vurğulayıb.

“Məşqçilik karyeram ərzində heç vaxt könüllü şəkildə topu rəqibə verməmişəm. Belə bir komandaya qalib gəlmək üçün topa sahib olmaq lazımdır. Lakin mövsüm ərzində elə rəqiblərlə qarşılaşırsan ki, onlar sənin qədər yaxşı, hətta səndən də üstün oynayırlar. Belə hallarda uyğunlaşmalı və topu mümkün qədər tez geri qaytarmalısan. Bu səviyyəli matçlarda bunu etmək asan deyil. Məqsədimiz dəyişməz qalır: pressinqimizi təkmilləşdirmək və rəqibin meydanında hücumlar qurmaq”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, PSJ ilə “Barselona” arasında qarşılaşma oktyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi