- Çempionlar liqası
- 23:44 19.10.2026
“Barselona”nın yarımmüdafiəçisi Pedri komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda qarşılaşacağı PSJ-nin oyun üslubu barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu oktyabrın 20-də keçiriləcək görüş öncəsi mətbuat konfransında Paris təmsilçisinin güclü tərəflərini qeyd edib.
“Onların bir çox üstün cəhətləri var. Hücumda oyunun taleyini həll edə biləcək futbolçuları var. Yarımmüdafiədə isə topa sahib olmaqla oyuna nəzarət etməyi sevirlər. PSJ çox güclü komandadır və bizə istədiyimizi asanlıqla etməyə imkan verməyəcək. Onlara qarşı mübarizə aparmaq üçün çox yaxşı oyun keçirməliyik”, – deyə Pedri bildirib.
Qeyd edək ki, PSJ cari Çempionlar Liqası mövsümündə “Slovan”ı 6:1, “Mançester Siti”ni isə 4:2 hesabı ilə məğlub edib. “Barselona” da turnirə inamlı başlayaraq “Feyenoord”u 5:1, “Qalatasaray”ı isə 4:1 hesabı ilə üstələyib.