20 oktyabr 2026. Çərşənbə axşamı

“Əsl mübarizə apreldə başlayacaq”


“Əsl mübarizə apreldə başlayacaq”

PSJ-nin baş məşqçisi Luis Enrike Avropanın hazırda ən güclü komandalarının PSJ və “Barselona” olub-olmaması ilə bağlı suala cavab verib.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “Real Madrid”, “Arsenal” və “Bavariya” kimi klubların da nəzərə alınmalı olduğunu bildirib.

“Digər güclü komandaları – “Real Madrid”i, “Arsenal”ı, “Bavariya”nı da unutmamalıyıq. Əsl mübarizə apreldə başlayacaq. Həmin vaxta qədər turnirdə qalmağı bacaran komandalar kubok uğrunda mübarizə aparacaqlar. Sabahkı qarşılaşmaya gəlincə, bu, maraqlı duel olacaq. Ancaq söhbət cəmi üç xaldan gedir”, – deyə Enrike mətbuat konfransında jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində PSJ öz meydanında “Barselona”nı qəbul edəcək. Paris klubu əvvəlki iki mövsümdə Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

“Əsl mübarizə apreldə başlayacaq”
  • Çempionlar liqası
  • 23:44 19.10.2026
“Əsl mübarizə apreldə başlayacaq”
“Topa sahib olmaq lazımdır”
  • Çempionlar liqası
  • 23:04 19.10.2026
“Topa sahib olmaq lazımdır”
“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”