- Çempionlar liqası
- 23:59 20.10.2026
UEFA Çempionlar Liqasının oyununda “Fənərbağça” və Praqa “Slaviya”sı 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.
90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri qarşılaşmaya fəal başlayıblar. Artıq 4-cü dəqiqədə Oğuz Aydın hesabı açaraq “Fənərbağça”nı önə keçirib. Cəmi yeddi dəqiqə sonra Meyson Qrinvud fərqi iki topa çatdırıb və Türkiyə təmsilçisinin üstünlüyünü möhkəmləndirib.
Lakin “Slaviya” qısa müddətdə oyuna qayıtmağı bacarıb. 15-ci dəqiqədə Lukaş Provod fərqi azaldıb. Bundan sonra Praqa klubu hesabı bərabərləşdirmək üçün mübarizəsini davam etdirib.
Görüşün taleyi son dəqiqədə həll olunub. 90-cı dəqiqədə Pavel Kaçor “Slaviya”nın ikinci qolunu vuraraq qonaqlara heç-heçə qazandırıb.