- Çempionlar liqası
- 23:59 20.10.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının əsas mərhələsində “Bavariya” ilə keçiriləcək oyun öncəsi rəqib komandanın hücumçusu Harri Keyn barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis ingiltərəli futbolçunun son illərdəki çıxışını yüksək qiymətləndirib.
“Düşünürəm ki, Harri Keynin son bir neçə ildə etdikləri tamamilə fərqli səviyyədir. Müdafiəçilərimiz sabah məhz bu səviyyə ilə qarşılaşacaqlar”, – deyə Arteta UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, “Bavariya” – “Arsenal” oyunu Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində Münhendəki “Alyans Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Harri Keyn cari mövsümdə “Bavariya”nın heyətində keçirdiyi səkkiz oyunda doqquz qol vurub və altı məhsuldar ötürmə edib.