- Çempionlar liqası
- 23:59 20.10.2026
“Fənərbağça”nın müdafiəçisi Natan Ake UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Praqa “Slaviya”sı ilə keçirilən görüşü davam etdirə bilməyib.
90deqiqe.Az xəbər verir ki, oktyabrın 20-də İstanbulda baş tutan qarşılaşmanın ilk hissəsinin ilk dəqiqələrində niderlandlı futbolçu əvəzlənməsini istəyib.
Beləliklə, Akenin “Fənərbağça”nın növbəti matçında meydana çıxması sual altına düşüb. İstanbul təmsilçisinin növbəti rəqibi prinsipial rəqibi “Qalatasaray” olacaq.
Qeyd edək ki, Ake 2026-cı ilin yayında “Mançester Siti”dən “Fənərbağça”ya keçib. O, indiyədək Türkiyə klubunun heyətində 17 oyunda meydana çıxıb.
Türkiyə çempionatında isə “Fənərbağça” 16 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın liderdən geri qalması üç xaldır.