- Çempionlar liqası
- 23:59 20.10.2026
“Komo”nun baş məşqçisi Sesk Fabreqas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis oktyabrın 21-də baş tutacaq qarşılaşma ilə bağlı danışarkən rəqibə böyük hörmətlə yanaşdıqlarını bildirib.
“Əsas odur ki, özümüzü itirməyək. Qarşıda bizi hələ çox iş gözləyir və öyrənməli olduğumuz çox şey var. Sabah meydanda iki komanda olacaq və hər ikisi qələbə uğrunda mübarizə aparacaq. Rəqibimizə böyük hörmət bəsləyirik. Onların əla futbolçuları, güclü məşqçi heyəti və komandanı Çempionlar Liqasına qaytaran yüksək səviyyəli baş məşqçiləri var. Belə bir komandanı burada qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyə Fabreqasın sözlərini UEFA-nın mətbuat xidməti yayıb.
Mütəxəssis “Mançester Yunayted”in zəngin tarixinə də toxunub:
“Mançester Yunayted” böyük tarixə malik klubdur. Maykl Kerriki tanıyıram. O, komandanı bu klubun layiq olduğu səviyyəyə qaytarmaqla əla iş görüb”.
Qeyd edək ki, iki turdan sonra həm “Komo”nun, həm də “Mançester Yunayted”in üç xalı var. Komandalar turnir cədvəlində müvafiq olaraq 14-cü və 15-ci yerlərdə qərarlaşıblar.