21 oktyabr 2026. Çərşənbə

“Belə oyunlarda iştirak etməyə layiqik”


 “Belə oyunlarda iştirak etməyə layiqik”

“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 21-də baş tutacaq III tur matçı öncəsi danışan futbolçu qələbə üçün yüksək səviyyəli oyun nümayiş etdirməli olduqlarını bildirib.

“Qələbə qazanmaq üçün əla oyun keçirməli olduğumuzu başa düşürük. Rəqibimizin möhtəşəm futbolçuları və əla baş məşqçisi var. Bəlkə də, hazırda mövsümün ən yaxşı dövrünü yaşamırlar, amma bizi çətin oyun gözləyir.

Belə bir axşam son bir neçə ildə əldə etdiklərimizin mükafatıdır. Biz bu cür oyunlarda iştirak etməyə layiqik”, – deyə futbolçunun sözlərini UEFA-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, qarşıdakı görüşlə bağlı daha əvvəl “Komo”nun baş məşqçisi Sesk Fabreqas da açıqlama verib.







Çempionlar liqası

“İnter" həmişə özünə sadiq qalacaq”
  • Çempionlar liqası
  • 23:59 20.10.2026
“İnter" həmişə özünə sadiq qalacaq”
“Eyni ruhda davam etməliyik”
  • Çempionlar liqası
  • 23:57 20.10.2026
“Eyni ruhda davam etməliyik”
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
  • Çempionlar liqası
  • 23:56 20.10.2026
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
 “Belə oyunlarda iştirak etməyə layiqik”
  • Çempionlar liqası
  • 23:32 20.10.2026
“Belə oyunlarda iştirak etməyə layiqik”