21 oktyabr 2026. Çərşənbə

Pelleqrini “Betis”in stadionunun ot örtüyündən narazıdır


Pelleqrini “Betis”in stadionunun ot örtüyündən narazıdır

“Betis”in baş məşqçisi Manuel Pelleqrini UEFA Çempionlar Liqasında “Feyenoord”la oyun öncəsi Sevilyadakı “La Kartuha” stadionunun ot örtüyünün vəziyyətindən narazılığını bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında danışıb.

“Adətən meydanın vəziyyəti çox yaxşı olur. Təəssüf ki, bu həftə ot örtüyünə lazımi qulluq işlərini aparmaq mümkün olmayıb. Meydanın pis vəziyyəti hər iki komandaya təsir edəcək”, – deyə Pelleqrini bildirib.

Qeyd edək ki, “Benito Vilyamarin” stadionunda yenidənqurma işləri aparıldığı üçün “Betis” artıq bir ildir ki, təxminən 70 min tamaşaçı tutumuna malik “La Kartuha” stadionunda ev oyunlarını keçirir.

Xatırladaq ki, “Betis” – “Feyenoord” qarşılaşması oktyabrın 21-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“İnter" həmişə özünə sadiq qalacaq”
  • Çempionlar liqası
  • 23:59 20.10.2026
“İnter" həmişə özünə sadiq qalacaq”
“Eyni ruhda davam etməliyik”
  • Çempionlar liqası
  • 23:57 20.10.2026
“Eyni ruhda davam etməliyik”
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
  • Çempionlar liqası
  • 23:56 20.10.2026
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
 “Belə oyunlarda iştirak etməyə layiqik”
  • Çempionlar liqası
  • 23:32 20.10.2026
“Belə oyunlarda iştirak etməyə layiqik”