21 oktyabr 2026. Çərşənbə

“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”


“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Şaxtyor”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis oktyabrın 21-də baş tutacaq qarşılaşma ilə bağlı mətbuat konfransında danışıb.

“Bu matç digər oyunlar kimi çətin olacaq. “Şaxtyor” nəticə qazanmaq üçün “San-Siro”ya gələcək. Onların itirəcək heç nəyi yoxdur. Çempionlar Liqasında oyunlar heç vaxt asan keçmir. Meydana düzgün köklənmə və yüksək əzmkarlıqla çıxmaq lazımdır”, – deyə Kivu bildirib.

Qeyd edək ki, “İnter” turnirin əvvəlki matçında “Brügge”yə 3:4 hesabı ilə məğlub olub.

Komandasının çıxışını da dəyərləndirən baş məşqçi futbolçularını günahlandırmadığını vurğulayıb:

“Nəsə alınmayanda futbolçularımı günahlandırmıram. Fərdi səhvləri onlara düzgün istiqamət verə bilməməyimin nəticəsi kimi qəbul edirəm. Onlar yeddi ildir rəqabətədavamlıdırlar və buna görə də onlardan çox şey gözləməyə haqqımız var. Onların nələrdən keçdiyini anlayıram, amma ilk növbədə özüm daha yaxşıya doğru dəyişməliyəm”.

Xatırladaq ki, dörd xalla “Şaxtyor” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Xalı olmayan “İnter” isə 29-cu yerdədir.







Çempionlar liqası

“İnter" həmişə özünə sadiq qalacaq”
  • Çempionlar liqası
  • 23:59 20.10.2026
“İnter" həmişə özünə sadiq qalacaq”
“Eyni ruhda davam etməliyik”
  • Çempionlar liqası
  • 23:57 20.10.2026
“Eyni ruhda davam etməliyik”
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
  • Çempionlar liqası
  • 23:56 20.10.2026
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
 “Belə oyunlarda iştirak etməyə layiqik”
  • Çempionlar liqası
  • 23:32 20.10.2026
“Belə oyunlarda iştirak etməyə layiqik”