- Çempionlar liqası
- 23:59 20.10.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında “Leypsiq”lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisi çərşənbə günü turnir çərçivəsində doğma meydanda Almaniya klubu ilə qarşılaşacaq.
“Leypsiq” əla komandadır. Lakin biz qısa müddət ərzində üç matçda qalib gəlmişik və sonuncu oyunda çox keyfiyyətli futbol nümayiş etdirmişik. Komanda olaraq bütöv və ahəngdar oyun sərgilədik. Eyni ruhda davam etməliyik”, – deyə Mourinyo mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Real Madrid” – “Leypsiq” qarşılaşması Moskva vaxtı ilə saat 22:00-da, Bakı vaxtı ilə isə saat 23:00-da başlayacaq.