- Çempionlar liqası
- 23:59 20.10.2026
“İnter” klubunun müdafiəçisi Alessandro Bastoni UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Şaxtyor”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, oktyabrın 21-də baş tutacaq qarşılaşma öncəsi danışan futbolçu komandasının oyun fəlsəfəsinin dəyişməyəcəyini bildirib.
“Biz həmişə eyni yanaşmaya sadiq qalırıq və oyun üslubumuz dəyişmir. Xüsusilə rəqiblərin səviyyəsinin daha yüksək olduğu Çempionlar Liqasında daha az səhvə yol versək, istədiyimiz nəticəyə nail ola bilərik. Qarşılaşacağımız komandanın necə olduğunu bilirik: heyətində çoxlu braziliyalı futbolçu var. Lakin “İnter” həmişə özünə sadiq qalacaq”, – deyə Bastoni bildirib.
Qeyd edək ki, “İnter” turnirin əsas mərhələsinə uğursuz başlayıb. Milan təmsilçisi ilk oyunda Madrid “Real”ına 1:2, ikinci qarşılaşmada isə “Brügge”yə 3:4 hesabı ilə məğlub olub.