21 oktyabr 2026. Çərşənbə

“Şaxtyor” güclü komandadır, lakin “İnter” özünə sadiq qalmalıdır"


“Şaxtyor” güclü komandadır, lakin “İnter” özünə sadiq qalmalıdır"

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsində komandanın növbəti rəqibi olan “Şaxtyor”la oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, oktyabrın 21-də keçiriləcək qarşılaşma ərəfəsində danışan mütəxəssis Ukrayna klubunun güclü tərəflərini vurğulayıb.

“Şaxtyor” güclü komandadır. Onun heyətində yüksək səviyyəli futbolçular var və komanda sürətli, intensiv oyun nümayiş etdirir. Baş məşqçi komandanın oyununu yaxşı qurub. “Şaxtyor” həm topla, həm də topsuz fəal oynayır və aydın oyun üslubuna malikdir. Biz özümüzə sadiq qalmalı və gücümüzə inanmalıyıq. Çünki hazırda keçmişin o qədər də böyük əhəmiyyəti yoxdur”, – deyə Kivunun UEFA-nın rəsmi saytına açıqlamasında bildirilir.

Qeyd edək ki, “İnter”lə “Şaxtyor” Çempionlar Liqasında indiyədək altı dəfə üz-üzə gəlib. Bu oyunların ikisində İtaliya klubu qalib gəlib, digər dörd qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti 5:1-dir.







Çempionlar liqası

“Liverpul” “Vilyarreal”ı məğlub etdi
  • Çempionlar liqası
  • 01:38 21.10.2026
“Liverpul” “Vilyarreal”ı məğlub etdi
“Barselona” Parisdə PSJ-yə məğlub oldu
  • Çempionlar liqası
  • 01:36 21.10.2026
“Barselona” Parisdə PSJ-yə məğlub oldu
“İnter" həmişə özünə sadiq qalacaq”
  • Çempionlar liqası
  • 23:59 20.10.2026
“İnter" həmişə özünə sadiq qalacaq”
“Eyni ruhda davam etməliyik”
  • Çempionlar liqası
  • 23:57 20.10.2026
“Eyni ruhda davam etməliyik”
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
  • Çempionlar liqası
  • 23:56 20.10.2026
“Şaxtyor”un itirəcək heç nəyi yoxdur”
 “Belə oyunlarda iştirak etməyə layiqik”
  • Çempionlar liqası
  • 23:32 20.10.2026
“Belə oyunlarda iştirak etməyə layiqik”