- Çempionlar liqası
- 02:08 21.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Fransada “Lill”lə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun səfəri zamanı genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcək.
90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin futbolçularının və nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçiriləcək.
Məlumata əsasən, komandanın qalacağı hotelin damında 6 snayper növbə çəkəcək. Bundan başqa, təhlükəsizlik tədbirlərinə 250 xüsusi təlim keçmiş hərbçi və 1000 polis əməkdaşı cəlb olunacaq.
Tədbirlərin əsas məqsədinin “Qalatasaray”ın futbolçularını, klub nümayəndələrini və azarkeşlərini mümkün təhlükələrdən qorumaq olduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Lill” – “Qalatasaray” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.