- Çempionlar liqası
- 02:08 21.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Ştutqart” və İspaniyanın “Atletiko” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar ilk və ikinci hissənin əvvəlində hərəyə bir qol vurublar. Matçın sonlarına doğru isə Madrid təmsilçisi azlıqda qalıb.
36-cı dəqiqədə Ceymi Levlinq “Ştutqart”ı hesabda önə keçirib. Lakin 47-ci dəqiqədə Xulian Alvares bərabərlik qolunu vuraraq “Atletiko”nu məğlubiyyətdən xilas etməyə çalışıb.
64-cü dəqiqədə Morten Yulmann qırmızı vərəqə alaraq meydandan qovulub və Madrid klubu oyunu azlıqda davam etdirməli olub. Say üstünlüyü qazanan “Ştutqart” qələbə qolunu vurmağa çalışsa da, hesab dəyişməyib.
Beləliklə, komandalar Çempionlar Liqasının əsas mərhələsinin oyununda xalları bölüşüblər.