- Çempionlar liqası
- 02:08 21.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Napoli” klubu Norveçin “Budyo-Qlimt” komandasını məğlub edib.
90deqiqe.Az xəbər verir ki, yeddi qolun vurulduğu qarşılaşma “Napoli”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri artıq 1-ci dəqiqədə Matteo Politano ilə hesabı açıblar. Lakin 27-ci dəqiqədə Yens Peter Höuge tarazlığı bərpa edib. 41-ci dəqiqədə Skott Maktominey “Napoli”ni yenidən önə keçirib.
İkinci hissədə də gərgin mübarizə davam edib. 62-ci dəqiqədə Andreas Helmerssen hesabı 2:2 edib. 75-ci dəqiqədə Maktominey dublunu rəsmiləşdirərək italyanları yenidən irəli çıxarıb. 88-ci dəqiqədə isə Odin Börtuf “Napoli”nin üstünlüyünü iki topa çatdırıb.
Bununla belə, “Budyo-Qlimt” təslim olmayıb. Sondre Brunstad 90+4-cü dəqiqədə fərqi minimuma endirsə də, Norveç təmsilçisi qalan vaxtda hesabı bərabərləşdirə bilməyib. Beləliklə, “Napoli” çətin qələbəyə sevinib.