- Çempionlar liqası
- 02:08 21.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İngiltərənin “Mançester Siti” klubu Yunanıstanın AEK komandasını böyük hesabla məğlub edib.
90deqiqe.Az xəbər verir ki, “Etihad” stadionunda keçirilən görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti”nin heyətində Fil Foden het-trik edib. İngiltərə millisinin cinah hücumçusu 34-cü, 65-ci və 76-cı dəqiqələrdə fərqlənib. Komandanın digər qollarını isə 12-ci dəqiqədə Elliot Anderson, 57-ci dəqiqədə Rayan Şerki vurublar.
AEK-in yeganə qoluna 52-ci dəqiqədə Stavros Pilios imza atıb.
Qeyd edək ki, “Mançester Siti” üç turdan sonra 6 xal toplayıb. Marko Nikoliçin rəhbərlik etdiyi AEK-in aktivində isə 3 xal var.