- Çempionlar liqası
- 01:26 22.10.2026
“Barselona”nın vingeri Rafinya Çempionlar Liqasının əsas mərhələsinin III turunda PSJ-yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, futbolçu “Marca” nəşrinə açıqlamasında Paris təmsilçisinin güclü komanda olduğunu vurğulayıb.
“Belə bir nəticənin mümkün olduğunu bilirdik. Biz Çempionlar Liqasının ikiqat qalibinin meydanında oynayırdıq və rəqibimiz çox güclüdür. Əlbəttə, qələbə ilə, ən azı bir xalla ayrılmaq istəyirdik, amma narahat olmağa dəyməz. Cəmi üç xal itirmişik. Məşqçimizin nə deyəcəyinə baxacağıq ki, inkişaf edək və “El-Klasiko”ya yaxşı hazırlaşaq”, – deyə Rafinya bildirib.
Braziliyalı futbolçu qarşılaşmanın yaxşı mübarizə şəraitində keçdiyini də qeyd edib:
“PSJ çox yaxşı hazırlıqlı komandadır. Nəticəyə baxmayaraq, yaxşı mübarizə apardıq. Hər iki komanda topa nəzarət etmək istəyir. Düşünürəm ki, bu oyun yaxşı sınaq oldu və belə rəqiblərlə rəqabət aparmağa qadir olduğumuzu göstərdi. Məncə, yaxşı oynadıq”.
Rafinya fiziki vəziyyətinin yaxşı olduğunu və qarşıdakı “El-Klasiko”ya daha yaxşı formada çıxmağa çalışacağını da əlavə edib.
Qeyd edək ki, PSJ üç turdan sonra 9 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 6 xalla beşinci pillədə qərarlaşıb.