22 oktyabr 2026. Cümə axşamı

“Sabah”la oyunda daha üç-dörd qol vurmalı idik”


 “Sabah”la oyunda daha üç-dörd qol vurmalı idik”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda “Sabah”a qarşı qazandıqları qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis qələbənin komandası üçün tamamilə layiqli olduğunu bildirib.

“Qələbəmiz tamamilə layiqli idi. Oyuna nəzarət edirdik və məncə, daha üç-dörd qol vurmalı idik. Ancaq “Sabah”ın əks-hücumlarda çox təhlükəli komanda olduğunu bilirdik. Bunu bir neçə dəfə gördük”, – deyə baş məşqçi vurğulayıb.

Kovaç qələbə qazanmağın asan olmadığını qeyd etsə də, komandasının çıxışından razı qaldığını bildirib.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən qarşılaşma Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.üç turdan sonra 6 xal toplayan “Borussiya” Çempionlar Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Dortmund təmsilçisi növbəti matçını noyabrın 4-də “Betis”ə qarşı keçirəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi