- Çempionlar liqası
- 02:08 21.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona”ya qarşı keçirdikləri matçda komandasının müdafiə oyununu yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı “Canal+” telekanalına açıqlamasında bildirib.
“Bu, inanılmaz rəqiblərin iştirak etdiyi çox yüksək səviyyəli matç idi. Müdafiədə bu cür oynamaq asan deyildi, amma əminəm ki, uğurumuzun açarı məhz bu idi”
İspaniyalı mütəxəssis “Barselona”nın cari mövsümdə ilk dəfə məğlub olduğunu da vurğulayıb. O, kataloniyalıların orta hesabla hər oyunda dörd qol vurduğunu, komandasının isə bu qarşılaşmada rəqibə cəmi iki qol vurmağa imkan verdiyini qeyd edib.
Qeyd edək ki, Paris təmsilçisi doğma meydanda kataloniyalıları 4:2 hesabı ilə məğlub edib.Bu qələbədən sonra 9 xal toplayan PSJ Çempionlar Liqasının ümumi turnir cədvəlində birinci pilləyə yüksəlib. “Barselona” isə 6 xalla beşinci yerdə qərarlaşıb.