21 oktyabr 2026. Çərşənbə

“Due inanılmaz futbolçudur və bu gün bunu sübut etdi”


“Due inanılmaz futbolçudur və bu gün bunu sübut etdi”

PSJ-nin müdafiəçisi Lukas Ernandes Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona” üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az-ın “RMC Sport"a istinadən məlumatına görə, Ernandes komandasının qələbəyə layiq olduğunu bildirib və PSJ-nin hücumçusu Désiré Due haqqında danışıb.

“Due inanılmaz futbolçudur və bu gün bunu sübut etdi. Matç asan keçmədi, amma qələbəyə layiq idik. Mən həmişə meydanda əlimdən gələnin maksimumunu etməyə çalışıram. Bəzi oyunlar digərlərindən daha yaxşı alınır, amma bütün gücümü ortaya qoymaq istəyim heç vaxt azalmayıb. Bu gün bunun nəticəsini gördük. Çox yaxşı komanda olduğumuzu göstərdik. Eyni ruhda davam etməliyik”, – deyə müdafiəçi vurğulayıb.

Qeyd edək ki, Paris təmsilçisi kataloniyalıları 4:2 hesabı ilə məğlub edib. Üç turdan sonra 9 xal toplayan PSJ Çempionlar Liqasının ümumi turnir cədvəlinə başçılıq edir.







Çempionlar liqası

“Roma” “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 01:50 21.10.2026
“Roma” “Slovan”ı darmadağın etdi
PSV “Portu”ya qalib gəldi
  • Çempionlar liqası
  • 01:43 21.10.2026
PSV “Portu”ya qalib gəldi