- Çempionlar liqası
- 01:26 22.10.2026
Almaniyanın “Bavariya” klubunun futbolçusu Yozua Kimmix UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda İngiltərənin “Arsenal” komandası ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Münhen təmsilçisinin futbolçunun oyun buraxmasının səbəbini açıqlamasa da, Almaniya mətbuatı Kimmixin atası Bertold Kimmixin 57 yaşında vəfat etdiyini yazıb.
Bertold Kimmix futbolçunun idmançı kimi yetişməsində mühüm rol oynayıb.
“Bavariya” klubu Yozua Kimmixə başsağlığı verərək bu çətin günlərdə ona dəstəyini ifadə edib.
Qeyd edək ki, “Bavariya” – “Arsenal” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.