- Çempionlar liqası
- 01:26 22.10.2026
Almaniyanın “Borussiya Dortmund” klubu UEFA Çempionlar Liqasının III turunda “Sabah”la qarşılaşmadan bir gün sonra Bakıda məşqə çıxıb.
90deqiqe.Az-ın Dortmund təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesi səhər saatlarında “Qarabağ”ın bazasında təşkil olunub. Ağdam klubu “Azersun Arena”nı almaniyalı futbolçuların məşqi üçün onların ixtiyarına verib.
“Sabah”la görüşdə ehtiyatda qalan futbolçular oyun simulyasiyası üzrə məşq ediblər. Start heyətində meydana çıxan oyunçular isə bərpa məşqi keçiblər.
Məşqdən sonra “Borussiya Dortmund”un futbolçuları birbaşa hava limanına yollanıblar.
Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.