22 oktyabr 2026. Cümə axşamı

“Arsenal”la oyun mənim üçün xüsusi olacaq”


“Arsenal”la oyun mənim üçün xüsusi olacaq”

“Bavariya”nın hücumçusu Serj Qnabri Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Arsenal”a qarşı keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, futbolçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında keçmiş klubuna qarşı oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur. Mən orada böyümüşəm və bu qarşılaşmanı böyük səbirsizliklə gözləyirəm. Sonuncu dəfə Londonda oynamışdıq. Əvvəllər birlikdə oynadığın şəxsin baş məşqçisi olduğu komandaya qarşı meydana çıxmaq bir qədər qeyri-adidir. Qalib gəlmək istəyirik və ən vacibi də budur”, – deyə Qnabri qeyd edib.

Qeyd edək ki, “Bavariya” – “Arsenal” qarşılaşması bu gün, oktyabrın 21-də Münhendəki “Alyans Arena” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində baş tutacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi