22 oktyabr 2026. Cümə axşamı

Ronaldo ağır zədə alan Kvaratsxeliyaya dəstək oldu


Ronaldo ağır zədə alan Kvaratsxeliyaya dəstək oldu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ağır zədə alan PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyaya dəstək mesajı ünvanlayıb.

 90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduz sosial şəbəkə hesabında gürcüstanlı futbolçuya ruhlandırıcı sözlər yazıb.

“Futbolda ən çətin mübarizələr çox vaxt heç kimin görmədiyi mübarizələr olur. Bu hissi yaxşı bilirəm, Kvara. Amma səni bu gün olduğun yerə gətirən amilləri heç vaxt unutma və çətin anların hələ nələrə nail ola biləcəyinə şübhə yaratmasına imkan vermə. İçindəki alovu qoruyub saxla. Ən yaxşı günlərin hələ qabaqdadır”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Kvaratsxeliya “Barselona” ilə Çempionlar Liqası matçında (4:2) sağ dizinin ön çarpaz bağının qopması ilə nəticələnən ağır zədə alıb. PSJ klubunun yaydığı məlumata görə, futbolçu əməliyyat olunacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi