- Çempionlar liqası
- 01:26 22.10.2026
“Komo”nun hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas “Mançester Yunayted”lə oyunda bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, argentinalı futbolçu keçmiş rusiyalı futbolçu Alan Dzaqoyevin maraqlı nailiyyətini təkrarlayıb.
Belə ki, 22 yaş 43 günlük Pas Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc futbolçu olub. Bu göstəriciyə görə sonuncu dəfə Dzaqoyev fərqlənib. Moskva MOİK-inin sabiq futbolçusu 2009-cu ilin noyabrında “Mançester Yunayted”lə görüşdə qol vurub və məhsuldar ötürmə edib. Həmin vaxt onun 19 yaşı 139 günü olub.
Qeyd edək ki, Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” Maykl Kerrikin çalışdırdığı “Mançester Yunayted” üzərində 3:0 hesabı ilə öndədir.