- Çempionlar liqası
- 01:26 22.10.2026
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin III turunda İtaliyanın “Komo” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İtaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Cüzeppe Sinilya” stadionunda keçirilən matçda hesabı ikinci dəqiqədə “Komo”nun yarımmüdafiəçisi Niko Pas açıb.
İkinci hissədə meydan sahibləri üstünlüklərini artırıblar. Anastasio Duvikas 49-cu dəqiqədə fərqlənib, Pas isə 57-ci dəqiqədə dubl edərək komandasının üçüncü qolunu vurub. 76-cı dəqiqədə “Komo”nun müdafiəçisi Yakobo Ramon rəqib qapısına dördüncü topu göndərib. “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee isə 90+1-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.
Beləliklə, “Komo” doğma meydanda inamlı qələbə qazanıb.
Qeyd edək ki, ümumi mərhələnin IV turunda “Komo” noyabrın 4-də “Lans”la, “Mançester Yunayted” isə noyabrın 3-də “Roma” ilə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında Londonun “Arsenal” komandasını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. PSJ 2024/2025-ci illər mövsümündə də turnirin qalibi olub.