- Çempionlar liqası
- 01:26 22.10.2026
“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının ümumi mərhələsinin III turunda “Arsenal”la keçiriləcək oyunda komandanın start heyətinə daxil edilib.
90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, bu qarşılaşma 40 yaşlı qolkiper üçün turnirdə 163-cü oyun olacaq. Noyer Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə Lionel Messi və Tomas Müllerə çatacaq. Bu göstərici turnirin tarixində üçüncü nəticə olacaq.
Oyun sayına görə rekord Kriştiano Ronaldoya məxsusdur — 183 matç. İkinci yerdə isə 177 oyunla İker Kasilyas qərarlaşıb.
Bundan əlavə, Noyer bu qarşılaşmadan sonra Tomas Müller ilə birlikdə Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçular sırasında ilk pilləni bölüşəcək.
Qeyd edək ki, “Bavariya” ilə “Arsenal” arasında görüş Münhendəki “Alyans Arena” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.