- Çempionlar liqası
- 01:26 22.10.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Yuri Tilemans Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, futbolçu görüşdən narazılığını ifadə edib.
“Çox pis oyun keçirdik. Azarkeşlər bizə dəstək olmaq üçün gəlmişdilər, biz isə belə bir oyun göstərdik. Bu, qətiyyən qəbuledilməzdir”, – deyə Tilemans bildirib.
Çempionlar Liqasının geridə qalan üç turunda “Mançester Yunayted” cəmi üç xal toplayıb. Komandanın İngiltərə Premyer Liqasındakı vəziyyəti də ürəkaçan deyil. Maykl Kerrikin rəhbərlik etdiyi kollektiv turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti matçını oktyabrın 25-də “Bornmut”a qarşı keçirəcək.