22 oktyabr 2026. Cümə axşamı

“Arsenal” Münhendə “Bavariya” ilə heç-heçə etdi


“Arsenal” Münhendə “Bavariya” ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin III turunda Almaniyanın “Bavariya” və İngiltərənin “Arsenal” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhendə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.“Arena Münhen” stadionunda baş tutan matçda ilk ciddi hadisə 10-cu dəqiqədə yaşanıb.

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka zədələnərək meydanı tərk edib. Onun əvəzinə meydana çıxan Ebereçi Eze 26-cı dəqiqədə hesabı açıb.

“Bavariya” 35-ci dəqiqədə müdafiəçi Alfonso Devisin qolu ilə bərabərliyi təmin edib.

İkinci hissədə, 61-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək Münhen təmsilçisini önə keçirib. Lakin 82-ci dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays hesabı bərabərləşdirib və matçın yekun nəticəsini müəyyənləşdirib — 2:2.

Qeyd edək ki, ümumi mərhələnin IV turunda “Bavariya” noyabrın 3-də Madrid “Atletiko”su ilə, “Arsenal” isə noyabrın 4-də Praqa “Slaviya”sı ilə qarşılaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında “Arsenal”la əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdən sonra penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib. PSJ 2024/2025-ci illər mövsümündə də turnirin qalibi olub.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi