- Çempionlar liqası
- 01:26 22.10.2026
UEFA Çempionlar Liqasında “İnter” və “Şaxtyor” komandaları arasında keçirilən qarşılaşma Milan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən oyunda “İnter” rəqib qapısına yol taparaq meydanı üç xalla tərk edib.
Matçın 68-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Alessandro Bastoni qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra “İnter” görüşü 10 futbolçu ilə davam etdirməli olub.
Say azlığına baxmayaraq, Milan təmsilçisi hesabı açmağa nail olub. Karlos Auqusto Henrix Mxitaryanın məhsuldar ötürməsindən sonra rəqib qapısına yol taparaq komandasını önə keçirib.
Rəqibin say üstünlüyündən yararlanmağa çalışan “Şaxtyor” matçın sonunadək heç-heçəyə nail olmaq üçün cəhdlər göstərsə də, “İnter” qələbə hesabını qoruyub.