9 noyabr 2026. Bazar ertəsi

“Brügge” Çempionlar Liqasında “Lans”ı darmadağın etdi


“Brügge” Çempionlar Liqasında “Lans”ı darmadağın etdi

UEFA Çempionlar Liqasında Belçikanın “Brügge” və Fransanın “Lans” komandaları arasında keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

90deqiqe.Az xəbər verir ki, matçın ilk hissəsi gərgin mübarizə şəraitində keçib. Tərəflər uzun müddət hesabı aça bilməsələr də, fasiləyə əlavə olunmuş üçüncü dəqiqədə Hans Vanaken fərqlənərək “Brügge”ni önə keçirib.

İkinci hissənin 50-ci dəqiqəsində Yoakin Seys Belçika klubunun üstünlüyünü artırıb. Oyunun 72-ci dəqiqəsində isə Karlos Forbş yekun hesabı müəyyənləşdirib – 3:0.

Beləliklə, “Brügge” rəqibini üç cavabsız qolla məğlub edərək inamlı qələbə qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi