22 oktyabr 2026. Cümə axşamı

Vinisius Junior “Real”da qol vurmaqda çətinlik çəkir


Vinisius Junior “Real”da qol vurmaqda çətinlik çəkir

“Real Madrid”in vingeri Vinisius Junior avqust ayından bəri Madrid klubunun heyətində qol vura bilmir.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu UEFA Çempionlar Liqasında “Leypsiq”ə qarşı keçirilən və “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatan matçda da fərqlənə bilməyib.

Start heyətində meydana çıxan Vinisius oyunun 70-ci dəqiqəsində əvəzlənib. Onun yerinə meydana daxil olan Yan Diomande isə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu sonuncu dəfə avqustun 26-da İspaniya La Liqasının ilk turunda “Real Sosyedad”la görüşdə (4:1) qol vurub. Bu, onun cari mövsümdə bütün turnirlərdə keçirdiyi 11 oyunda yeganə qoludur. Vinisiusun aktivində, həmçinin, üç məhsuldar ötürmə var.

Qeyd edək ki, Vinisius oktyabrın 10-da “Vilyarreal”la oyunda (1:0) qırmızı vərəqə aldığı üçün İspaniya çempionatında dörd matçlıq cəzaya məruz qalıb. Bu səbəbdən o, oktyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək “El-Klasiko”nu buraxacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi